• 29 Mart 2024
logo
Həmədanda tarixi abidə dağılmaq üzrədir

Həmədanda tarixi abidə dağılmaq üzrədir

Həmədanda tarixi abidə dağılmaq üzrədir. Bu barədə Nəhavənd mahalının Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Möhsün Cancan məlumat verib.
Möhsün Cancan mətbuat nümayəndələrinə verdiyi müsahibədə Nəhavənd şəhərində yerləşən tarixi "Bazar hamamı"nın dağılmaq üzrə olduğunu deyib.
O, bildirib ki, hamama malikiyyət hüququ daşıyan “Vəqflər İdarəsi” ilə tarixi abidənin yenidən qurulması üçün əməkdaşlığa hazır olduğumuzu bildirsəkdə, qarşı tərəfdən məsələnin həlli ilə bağlı hər hansı əməli addım atılmayıb.
“Tarixi abidələr və əsərlər bölgəmizin milli kimliyinin göstəricilərindən sayılır. Tarixi bazar hamamıda bu tarixi abidələrimizdən biridir.
Qacarlar dövrünə aid olan abidə 2005-ci ildə ölkənin tarixi əsərlər siyahısına salınıb. Ancaq təəssüflə abidə bu gün dağılmaq üzrədir”-deyə, Möhsün Cancan bildirib.
O, özəl sektorun qeyd olunan hamamın yenidənqurulması və qorunmasında sərmayə yatırmağa marağı olduğunu deyərək, bununla bağlı “Vəqflər İdarəsi”nin onların müraciət və məktublarına cavab verdmədiyini qeyd edib.
Gunaz.tv