• 26 Aprel 2024
logo
Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Şərəfabad kəndinin əhalisi etiraz aksiyası keçirib.
Bölgədə olan mis və qızıl mədənlərinin fəaliyyətindən narazılıq edən kəndlilər yolu bağlayıb.
Sakinlər hesab edir ki, mis və qızıl mədənlərinin istismarından heç bir gəlir əldə edə bilmirlər.
Əksinə mədənlərdə çalışan ağır yük maşınlarə bölgənin onsuz da dağınıq olan yollarını daha da bərbad günə salır.
Kənd əhalisi bildirib ki, mədəndən fantastik gəlir əldə edilməsinə baxmayaraq kənd yollarının düzəldilməsi və asfaltlanmasına heç bir vəsait ayrılmayıb.
Gunaz.tv