• 5 İyul 2025
logo
Şərəf Malkoç: “Qarabağdakı dağıntılarla bağlı hazırlayacağımız hesabatlar beynəlxalq təşkilatlara göndəriləcək”

Şərəf Malkoç: “Qarabağdakı dağıntılarla bağlı hazırlayacağımız hesabatlar beynəlxalq təşkilatlara göndəriləcək”

“Biz sabah Şuşa, Tərtər və Ağdama gedib Qarabağda olan dağıntılarla bağlı hesabat hazırlayacağıq, eyni zamanda, orada ermənilər tərəfindən basdırılan minalarla bağlı hesabatımız olacaq”.
Bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Türkiyə Səfirliyində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu hesabatlar beynəlxalq təşkilatlara göndəriləcək: “Həmçinin Ermənistanın insanlığa qarşı cinayətləri ilə bağlı da hesabatımız olacaq. Bu hesabat beynəlxalq məhkəmələrə göndəriləcək”.