• 17 Sentyabr 2021
logo
Türkiyənin ədliyyə naziri Gürcüstana ilk rəsmi səfərini edib

Türkiyənin ədliyyə naziri Gürcüstana ilk rəsmi səfərini edib

Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül Gürcüstana ilk rəsmi səfərini edib.
Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Gürcüstanın ədliyyə naziri Rati Breqadze və onun türkiyəli həmkarı arasında görüş keçirilib.
Görüş zamanı insan haqlarının yüksək standartları, hüquqi təhlükəsizliyin təmin edilməsi və ictimai xidmətlərin daha da inkişafı istiqamətində müzakirələr aparılıb.
Tərəflər iki ölkə arasındakı mövcud əlaqələri də müzakirə ediblər.
Görüşdən sonra hər iki ölkənin Ədliyyə Nazirlikləri arasında 2021-2024-cü illəri əhatə edəcək birgə tərəfdaşlıq proqramı ilə bağlı anlaşma memorandumu imzalanıb.