• 13 İyul 2025
logo
Güney Azərbaycan təşkilatı BMT-də keçirilən toplantıya qatılacaq

Güney Azərbaycan təşkilatı BMT-də keçirilən toplantıya qatılacaq

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının toplantısına məsləhətçi statusla qatılacaq.
Bu barədə cəmiyyətin yaydığı bildirişdə qeyd olunur.
Təşkilat yaydığı açıqlamada 2021-ci ilin 13 sentyabr-8 oktyabr tarixində BMT-nin İnsan Haqları Şurasının Cenevrədə keçiriləcək 48-ci toplantısında məsləhətçi qismində iştirak edəcəyini bildirib.
"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin başçısı doktor Jalə Təbrizlinin bildirib ki, başçılıq etdiyi qurumun nümayəndələri davamlı inkişaf, su böhranı və iqtisadi və sosial problemlər daxil olmaqla müxtəlif mövzularda çıxış edəcək.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar karantin məhdudiyyətlərinə görə, qeyd olunan toplantı virtual olaraq videokonfrans formasında keçiriləcək.
Gunaz.tv