Qərbi Azərbaycan Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin sentyabrın 14-də mətbuata açıqlama verib.
O, cari yağıntı ilində əyalətdə qeydə alınan yağıntının 295.6, ötən ilin oxşar dövründə isə bunun 395.6 olduğunu deyib.
“Qərbi Azərbaycanda yağıntı miqdarı ötən ilin eyni dövrünə nisbətdə 25.3%, uzun müddətli dövrə nisbətdə isə 17.2% azalıb”-deyə, Y.Rəhbərdin “İsna” agentliyinə verdiyi müsaibədə bildirib.
Regional Su Şirkətinin başçısı əyalətin üç su hövzəsi Araz, Zab və Urmu gölündə toplam 1107 mm yağıntı qeydə alındığını söyləyib.
Rəhbərdin son bir ayda əyalətdə heç bir yağıntının qeydə alınmadığını xatırladaraq bildirib ki, cari yağış ilində Urmu gölü su hövzəsinə düşən yağıntı miqdarı 290.2 mm olub və bu ötən ilə nisbətdə 22% azdır.
Gunaz.tv