Zəngan şəhərinin tarixi bölgəsində yerləşən “Xədivi” binası baxımsız qalıb.
Qəribədir ki, Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı və başqa əlaqədar qurumlar tarixi tikilinin qorunması istiqamətində heç bir tədbir görmür.
Tikili memarlıq üslubu, daxili dizayın və tikiliş formasına görə Qacarlar dövrünün sonu. Pəhləvilər dövrünün əvvəlinə aid olan azsaylı maraqlı binalardan biridir.
“Xədivi” evi Zəngan şəhərinə üz tutan turistlərin maraq göstərdiyi yerlərdən biridir.
Lakin bu günə kimi onun təmiri və yenidənqurulması ilə bağlı heç bir addım atılmayıb.
Qeyd olunan tarixi tikili 17 yanvar 2001-ci ildə 3968 qeydiyyat nömrəsi ilə İranın milli əsərlər siyahısına salınıb.
Qeyd edək ki, hal-hazırda tikilidən yaşayış yeri kimi istifadə olunur.
İranın mədən irslə bağlı qəbul etdiyi qanun və “İslami Cəza Qanunu”nun 558-ci maddəsinə görə, tarixi tikili, əsər, abidə, dini yerlər və başqa bu kimi məkanlara ziyan vurmaq, onun tarixi quruluşunu dəyişmək və ya qorunmasına mane olmaq cinayət hesab edilir, 1 ildən 10 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Ancaq “Xədivi” evinin qorunması ilə bağlı məsuliyyət daşıyan təşkilat və qurumlardan heç biri bu günə kimi nəzərdə tutulan qaydaları pozduqlarına görə məsuliyyətə cəlb olunmayıblar.
Gunaz.tv