Türkcə “Tərlan” filminin onlayn nümayişinə başlanılıb - VİDEO
Güney Azərbaycan kinematoqrafiyasının istehsalı olan "Tərlan" filminin onlayn nümayişi başlayıb. Film fars və ingilis dillərində alt yazıı ilə yayınlanıb.
Filmin müəllifi və rejissoru Məhəmməd Hüseyni, prodüsseri Atabak Naderidir.
Ərdəbilin Hir bölgəsinin kəndlərində çəkilən film Tərlan adlı şəxsin həyatından, baş verən hadisələrə kənd əhlinin reaksiyalarından, inanclarından və xurafatlardan bəhs edir.
Qeyd edək ki, son illərdə bütün təzyiqlərə baxmayaraq Güney Azərbaycanda türkcə filmlərin çəkilişləri artıb.
Güney Azərbaycan kino sənəti son illərdə xeyli inkişaf edib, türk dilində hazırlanan tamaşa və filmlərin də sayı artıb.
Bir müddət öncə filmin rejissoru Məhəmməd Hüseyni də mövcud vəziyyəti tənqid edib.
"Türk dilində filmlərin yüksək potensialına baxmayaraq, buna diqqət yetirilməyib.
İran daxilində və türk dilli qonşu ölkələrdə türk dilində filmlərin tamaşaçısının çox olmasına rəğmən əlaqədar məsullar bu sahəyə əhəmiyyət verməyib, buna qısqanclıqla yanaşıblar"-deyə,
o, bildirib.
Azərbaycanlı rejissor türk rejissor və prodüserlərə xitabən demişdi ki, hal-hazırda türkcə filmlərinə qarşı olan ögey münasibət dəyişiləcək və bu sahədə çalışan sənətçilər əməklərinin qarşılığını alacaqlar.
Maraqlananlar www.hashure.com saytında filmə onlin baxa bilərlər.
Gunaz.tv