• 20 Aprel 2024
logo
“Bütün terror təşkilatları bənzər cəlb etmə üsullarından istifadə edir”

“Bütün terror təşkilatları bənzər cəlb etmə üsullarından istifadə edir”

Fəxrəddin Altun: “Analar övladlarının geri qayıtmasını istəyirlər”

“Beynəlxalq ictimaiyyət bu müharibə cinayətinə səssiz qalarkən, kürd və türk analar PKK/YPG-nin onlarla uşağın terror teşkilatına cəlb etməsinə qarşı çıxış edir”. Türkiyənin Azərbaycandakı səfirliyindən “Xalq Cəbhəsi”nə verilən məlumata görə, bunu Türkiyə Prezident Administratsiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri
Fəxrəddin Altun öz Twitter səhifəsində qeyd edib. F.Altun həmçinin əlavə edib ki, onilliklər boyu davam edən PKK / YPG zorakılığının və uşaqların təşkilata cəlb edilməsinin ən böyük qurbanları arasında kürd analar var: “Onlar cəzalandırılmaqdan qorxaraq susurdular. Onlar artıq danışmaqdan qorxmurlar! Yetər deyirlər! Bütün terror təşkilatları bənzər cəlb etmə üsullarından istifadə edir və oxşar qruplar tərəfindən dəstəklənir. Onlar ən çox dinc sakinlərə zülm edirlər. Bu analar övladlarının geri qayıtmasını istəyirlər. Beynəlxalq ictimaiyyət bunu dinləyəcəkmi?”.

Əli