Türkiyənin Muğla vilayətində yol qəzası baş verib.
Qəza Muğla-Dənizli magistral yolunda qeydə alınıb.
Bodrumdan Dənizliyə gedən ukraynalı turistləri daşıyan avtobus içərisində şagirdlər olan mikroavtobusla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 35 nəfər yaralanıb.
Yaralılar Dənizli və Muğladakı xəstəxanalara çatdırılıb.