• 27 Oktyabr 2021
logo
Güneyli şair koronavirusdan vəfat etdi

Güneyli şair koronavirusdan vəfat etdi

Güney Azərbaycanın tanınmış şairlərindən olan Babaəli Cavanmərd sentyabrın 10-da koronavirusdan vəfat edib.
Babaəli Cavanmərd 68 yaşında dünyasını dəyişib.
Cavanmərd Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərində dünyaya gəlib və gənc yaşlarından əyalət mərkəzi Urmu şəhərinə köçüb.
O, Urmu şəhərində bir sıra ədəbi dərnəklərin təsisçilərindən olub. Babaəli cavanmərdin 13 şeir kitabı nəşr edilib.
“Vicanı əzaba salma”, “Bizimdə allahımız var”, “Həqiqətnamə”, “Gül ürəyin açılsın” və başqa şeir kitabları şairin xüsusilə urmulular tərəfindən maraqla qarşılanan əsərlərindəndir.
Gunaz.tv