Təbriz şəhər şurasının üzvü Seyid Kazım Zəfərançılar “Şairlər Məqbərəsi”ndən keçirdiyi görüşdə abadlıq işlərinin yarımçıq qalmasını tənqid edib.
O, layihənin tamamlanması üçün başqa dövlət qurumlarının dəstəyinin vacibliyini qeyd edib.
K. Zəfərançılar əsas məsuliyyətin Təbriz bələdiyyəsi, Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı və Mədəniyyət və İslami Maarif İdarəsinin üzərində olduğunu bildirib.
Şura üzvü indiki durumda bu üç qurumun məsələnin öhdəsində gələ bilməyəcəklərini deyib.
Şəhər şurasının başqa üzvü Əlirza Nəvayi Bağbanda əməkdaşının iradlarını yerli hesab edib və son illər ərzində Təbriz şəhərində mədəniyyət və incəsənət sahəsinə diqqət ayrılmadığından gileylənib.
“Şairlər Məqbərəsi”nin yarımçıq işlərinin taamlanması üçün dövlətin başqa qurumları və parlamentində məsuliyyətin altına girməli olduqlarını qeyd edib.
Şəhər şurasının başqa üzvü Ruhullah Dehqannəjad bu böyük layihənin tamamlanmasının bələdiyyənin imkanları xaricində olduğunu qeyd edib.
Qeyd edək ki, 2004-cü ildən yenidən qurulmasına başlanılan “Şairlər Məqbərəsi” kompleksinin 2018-ci ilə kimi Təbrizin islam ölkələrinin turizm paytaxtı adlandırılması münasibətilə tamamlanması nəzərdə tutulmuşdu.
Ancaq vəsait çatışmazlığı ucbatından layihə yarımçıq dayandırılıb. Təbriz bələdiyyəsi və başqa əlaqədar qurumların mərkəzdən budcə ayrılması ilə bağlı müraciətləri cavabsız qalıb.
Gunaz.tv