Ərdəbildə yaşayan milli-mədəni fəal Əli Şahi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları tərəfindən saxlanılıb.
Əli Şahinin evinə basqın edən SEPAH məmurları orada qanunsuz axtarış aparıb, milli fəalın şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və bilgisayarını özləri ilə aparıblar.
Qeyd edək ki, Əli Şahi Muğanın Biləsuvar şəhərində anadan olub, Ərdəbildə yaşayır və 3 övlad atasıdır.
Bundan öncə milli-mədəni fəalın adı çəkilmədən Ərdəbildə bir sosial media fəalının saxlanıldığı barədə məlumat yayılmışdı.
Məlumatda "instaqram" səhifəsinin yönəticisinin SEPAH-ın Ərdəbil əyalətindəki “Həzrəti Abbas” qvardiyasının təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
“İran İslam İnqilab Keşikçiləri Korpusunun bildirdiyinə görə, əks-inqilabçı və separatçı qruplarla əməkdaşlıq edən şəxs Ərdəbil əyalətinin şəhərlərinin birində “Həzrəti Abbas” qvardiyası təhlükəsizlik məmurları tərəfindən saxlanılıb”-deyə, “İlna” xəbər agentliyinin məlumatında qeyd olunur.
“SEPAH-ın təhlükəsizlik məmurlarının kiberməkanda aylarla müşahidə və araşdırma aparmasından sonra separatçı fəaliyyətlə ictimai təşviş yaratmağa çalışan şəxsi saxlayıb və məhkəmə orqanlarına təhvil veriblər”-deyə, xəbərdə bildirilir.
Gunaz.tv