• 12 İyul 2025
logo
Şərqi Azərbaycan valisi əyalətin inkişafına mane olan amilləri sadaladı

Şərqi Azərbaycan valisi əyalətin inkişafına mane olan amilləri sadaladı

Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi bölgənin inkişafına əngəl olan faktorlardan danışıb.
Məhəmmədrza Purməhəmmədi deyib ki, əyalətin inkişaf etməsinə mane olan bir neçə amil var və ən başda gələn səbəblərdən biri mərkəzçilik siyasəti və sektoral planlaşdırma sistemidir.
“İnkişaf proqramları sektoral şəkildə elan edilib həyata keçirilir. Bunun isə bölgənin inkişafı ilə bağlı ciddi təsiri olmur. İnkişaf problemlərinin və əngəllərinin əksəriyyəti planlaşdırma sahəsindəki mərkəzçilikdən qaynaqlanır.
Bu sahədə dəyişiklik edilməsi vacibdir”-deyə, vali bildirib.
M.Purməhəmmədi deyib ki, körfəzdən İranın ortasındakı əyalətlərə su çəkilişi kimi böyük layihələr həyata keçirilir.
Ancaq inqiyə qədər Şərqi Azərbaycanda 100 kilometr uzunluğunda bir su kəmərinin çəkilməməsi, elektrik kəsintilərinin qarşısının alınması üçün kiçik bir elektrik stansiyasının inşa edilməməsi anlaşılan deyil.
Bütün bu problemlər mərkəzləşdirilmiş planlaşdırma sistemindən və qaynaqlanır.
Təcrübə göstərib ki, əyalətlərə yetərincə səlahiyyət verildikdə bir çox problemlər daha tez və vaxtında aradan qaldırılır”-deyə, vali Şərqi Azərbaycan əyalətinə əlavə səlahiyyətlərin verilməsinin vacibliyini qeyd edib.
O, Şərqi Azərbaycan əyalətinin qonşu ölkələrlə 270 kilometrlik sərhəddə malik olduğuna diqqət çəkərək, əlavə səlahiyyətlərin verildiyi təqdirdə mal mübadiləsi, iqtisadi əməkdaşlıq və başqa sahələrdə daha çox irəliləyişin olacağını söyləyib.
Gunaz.tv