• 6 Dekabr 2021
logo
Çavuşoğlu: “Konqres icazə versə, baha olsa belə, ABŞ-dan HHM sistemləri ala bilərik”

Çavuşoğlu: “Konqres icazə versə, baha olsa belə, ABŞ-dan HHM sistemləri ala bilərik”

“ABŞ "S-400"-lə bağlı sanksiya tətbiq etdi, lakin biz bu məsələdə hər zaman dialoq tərəfdarı olmuşuq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
O bildirib ki, Türkiyə özünün Hava Hücumundan Müdafiə (HHM) sistemini təkmilləşdirir.
“Özümüz istehsal edənə qədər Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyacımız var. Əgər Konqres icazə versə, qiyməti baha olsa belə, ABŞ-dan Hava Hücumundan Müdafiə sistemləri ala bilərik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.