• 8 Dekabr 2021
logo
Türkiyədə vaksinasiya yaşı 12-yə endirildi

Türkiyədə vaksinasiya yaşı 12-yə endirildi

Türkiyədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində vaksinasiya proqramına dəyişiklik edilib.
Bu barədə "Haberler" Elmi Şuraya istinadla məlumat yayıb.
Bildirilib ki, yaşı 12 və daha yuxarı olan uşaqlara valideyinlərin razılığı ilə COVID-19 peyvəndinin vurulmasına icazə verilib.
Sözügedən yaş kateqoriyası üzrə vaksinasiya randevusu Səhiyyə Nazirliyinin sistemində təmin edilib.