• 7 Dekabr 2021
logo
Şərqi Azərbaycan əyalətində əfqanistanlılara qarşı qadağa tətbiq edildi

Şərqi Azərbaycan əyalətində əfqanistanlılara qarşı qadağa tətbiq edildi

Əfqanistan və Pakistan vətəndaşlarının Şərqi Azərbaycan əyalətində müvəqqəti yaşamasına və işləməsinə qadağa qoyulub.
Bu barədə Şərqi Azərbaycan valiliyinin Təhlükəsizlik və Hüquq-Mühafizə İdarəsinin rəhbəri Cagangir İsgəndərzadə məlumat verib.
O, bildirib ki, əyalətdə mühacir xarici şəxslərin, özəlliklə Əfqanistan və Pakistan vətəndaşlarının yaşaması və işləməsi yasaq edilib.
O, bu qadağanın ölkənin Ali Milli Təhlükəsizlik Şurasının qərarı əsasında tətbiq edildiyini deyib.
“Heç bir xarici vətəndaşa Şərqi Azərbaycan əyalətində oturum verilməyib. Son günlər əyalətə xarici qaçqınların görünməsi başqa əyalətlərdə xarici qaçqınların yerdəyişməsinə nəzarətin az olmasından irəli gəlir”-deyə, C.İsgəndərzadə bildirib.
Valiliyinin Təhlükəsizlik və Hüquq-Mühafizə İdarəsinin rəhbəri qeyd edib ki, Qərbi Azərbaycan əyalətində xarici qaçqınlar üçün düşərgə salınıb. Onlar orada yerləşdirilir və ölkədən çıxarılmaq üçün tehrana göndərilir.
“Bundan öncədə Əfqanistan, Pakistan və Banqladeş vətəndaşları İran vasitəsilə Türkiyəyə keçməyə çalışırdılar. Son günlər Əfqanistanda baş verən olaylar əfqanistanlı qaçqınların bölgədə dahada çoxalmasına səbəb olub”-deyə, Cahangir İsgəndərzadə söyləyib.
Qeyd edək ki, İranın Ali Təhlükəsizlik Şurasının qərarına görə, ölkənin 14 əyalətində Əfqanıstan vətəndaşlarının yaşamasına və işləməsinə qadağa qoyulub.
Gunaz.tv