• 8 Dekabr 2021
logo
Sulduzda həbslər davam edir

Sulduzda həbslər davam edir

Sulduz şəhərində fəaliyyət göstərən “Sulduzxəbər” analitik informasiya portalının rəhbəri Fərhad Ruzban sentyabrın 5-də təhlükəsizlik məmurları tərəfindən həbs olunub.
Mətbuat işçisi və mədəni fəallın həbs səbəbi və hara aparılması barədə dəqiq məlumat almaq mümkün olmasa da, onun “Saxsıtəpə” hadisəsi ilə bağlı saxlanıldığı ehtimal edilir.
F.Ruzbanın həbsindən sonra onun idarə etdiyi teleqram kanalının adı dəyişdirilib və Saxsıtəpə hadisələri iıə bağlı xəbərlər silinib.
Bundan öncə şənbə günü mədəni fəal Höccət İsmətzadə də, təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Qeyd edək ki, sentyabrın 3-ü, gecə saatlarında Qərbi Azərbaycanın Sulduz mahalının Saxsıtəpə kəndində etnik kürd azlığının radikal nümayəndələri yerli Azərbaycan türklərinin evlərinə basqın ediblər.
Hadisəyə səbəb bir gün öncə kənddə yaşayan iki əkinçi arasında düşən dava olub.
Qarşıdurmada onlardan biri qətlə yetirilib, 4 nəfər isə yaralanıb. Bu hadisə etnik kürd azlığının radikal nümayəndələrinin yerli Saxsıtəpə türklərinin evlərinə basqın etmələrinə səbəb olub.
Uşaqlar, qadınlar və yaşlılar döyülüb, təhqir olunublar.
Bu, sulduzluların geniş etirazlarına səbəb olub. hər iki fəalın saxlanılması hökumət məmurlarının qeyd olunan hadisəyə laqeyd yanaşmalarına etiraz etmələri ilə bağlı olduğu ehtimal edilir.
Gunaz.tv