• 7 Dekabr 2021
logo
Salmasda tanınmış musiqiçi və mədəni fəal həbs olunub

Salmasda tanınmış musiqiçi və mədəni fəal həbs olunub

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindən olan tanınmış musiqiçi və mədəni fəal Abbas Nikrəvan sentyabrın 5-i, bazar günü təhlükəsizlik məmurları tərəfindən həbs olunub.
Son iki gündə saxlanılanlar kimi onunda nədə ittiham olunduğu və hara aparılması barədə bilgi yoxdur.
Abbas Nikrəvan bundan öncədə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs olunub.
O, 5 iyul 2018-ci ildə Babək qalası yürüşündə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, bir həftə dindirildikdən sonra ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Bununla yanaşı Nikrəvanın xərçəng xəstəliyindən əziyyət çəkən və kimsəsiz uşaqlara yardım üçün 4-6 fevral 2015-ci ildə Qoşaçayda (Miyandab) keçirilməsi nəzərdə tutulan xeyriyyə konserti təhlükəsizlik məmurlarının basqıları nəticəsində ləğv edilmişdir.
Qeyd edək ki, son iki gündə Sulduz şəhərində mədəni fəal Höccət İsmətzadə və mətbuat işçisi Fərhad Ruzban təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar.
Gunaz.tv