• 12 İyul 2025
logo
Qəzvində dərman qıtlığı: Dərman preparatları əl altdan qara bazara ötürülür

Qəzvində dərman qıtlığı: Dərman preparatları əl altdan qara bazara ötürülür

Koronavirusu 5-ci dalğasının başlanması və yayılması ilə eyni vaxtda Qəzvin serum və COVİD-19 əleyhinə dərman preparatlarının çatışmazlığı yaranıb.
Bu qıtlıq dərman qara bazarının inkişafına səbəb olub.
Qəzvin Tibb Universiteti və başqa əlaqədar qurumlar dərman çatışmazlığının yaranmasını təkzib edilməsinə ediblər. Əczaxanaların qarşısında uzun növbələr rəsmi iddiaların əksini göstərir.
“İrna” xəbər agentliyi Qəzvin müxbirinin hazırladığı reportajda problemdən bəhs olunur. Qeyd edilir ki, əczaxanaların qarşısındakı izdiham yaranıb, vətəndaşlar evlərinə əliboş dönürlər.
Müxbir 40 nəfərin növbəyə durduğu əczaxanın qarşısında Əlirza Bəxşi adlı qəzvinlidən açıqlam alıb.
“İki saatdır növbədə dayanmışam, bu ikinci gündür ki, dərman almaq ümidi ilə əczaxanaya gəlirəm. Ancaq dərman tapılmır, koronavirusa qarşı dərman preparatları yoxa çıxıb”-deyə, Əlirza Bəxşi bildirib.
Mənijə Zackani adlı başqa bir qəzvinli həkimin yazdığı dərmanları bir həftədir axtardığını və tapa bilmədiyini deyib.
“Bir həftədir dərman axtarıram, bütün əczaxanalara getmişəm, ancaq dərman preparatları yoxa çıxıb. Mənə qara bazardan onları əldə etməyi məsləhət görürlər”-deyə, M.Zackani dərmanların qara bazarda dəfələrlə baha qiymətə satıldığını deyir.
İqtisadçı Məhəmməd Həsən Yəqubi məsələ ilə bağlı verdiyi müsahibədə vətəndaşların dediklərini təsdiq edib, bir çox dərman preparatlarının qara bazara ötürüldüyünü və adi vətəndaşların onları əldə etməkdən məhrum olduqlarını qeyd edib.
Gunaz.tv