• 30 Noyabr 2021
logo
Təbrizin ayaqqabı sənayesi iflas ərəfəsində: "Belə getsə bu sahə sıradan çıxacaq”

Təbrizin ayaqqabı sənayesi iflas ərəfəsində: "Belə getsə bu sahə sıradan çıxacaq”

Təbrizin ayaqqabı sənayesi müflis olmaq üzrədir. Bu sahəyə diqqətin ayrılmaması səbəbindən istehsalçılar fəaliyyətlərini dayandırmağa məcbur olurlar.
Gön və ayaqqabı istehsalı Təbriz şəhərinin əsas əl işləri sənayelərindən biri kimi uzun illərdir bölgənin iqtisadi qaynaqlarından biri sayılırdı.
Son illər bu sahənin diqqətdən qıraqda qalması, xüsusi istehsal şəhərciyinin ayrılmaması, xam malın bahalaşması və az faizli bank kreditlərinin verilməməsi bu sənaye sektorunun müflis olması ilə nəticələnib.
Təbriz Başmaqçılar Birliyinin başçısı Əlirza Cabbariyan Fam “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, hal-hazırda Şərqi Azərbaycan əyalətində bu sahənin istehsalı və satışı ilə məşğul olan 3780 mərkəz mövcuddur.
“Hazırda Təbrizin ayaqqabı sənayesi sektorunda mövcud olan durum onun zəngin keçmişi ilə çox fərqlidir.
Bu günə kimi Şərqi Azərbaycanda, özəlliklə Təbrizdə 60 min nəfər bir başa, 60 min nəfər isə dolayı yolla bu sahədə fəaliyyət göstərir və ildə ortalama 60-90 milyon cüt ayaqqabı istehsal edilir”-deyə, Əlirza Cabbariyan fam bildirib.
Təbriz Başmaqçılar Birliyinin başçısı deyib ki, hazırda bu sahənin durumu acınacaqlıdır.
“Ayaqqabı istehsalçılarının fəaliyyət göstərdikləri yerlərin 70%-dən çoxu icarədir, dövlətin diqqətsizliyi, istehsal yerinin, bank kreditlərinin ayrılmaması istehsalçıları işdən uzaqlaşmağa məcbur edir.
Belə davam edərsə əyalətin gəlirli sənaye sahələrindən biri sıradan çıxacaq”-deyə, o bildirib.
Gunaz.tv