• 4 Dekabr 2021
logo
Türkiyə Müdafiə Nazirliyi “TurAz Şahini-2021” təlimləri ilə bağlı məlumat yayıb

Türkiyə Müdafiə Nazirliyi “TurAz Şahini-2021” təlimləri ilə bağlı məlumat yayıb - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində keçiriləcək “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimləri ilə bağlı məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, “TurAz Şahini-2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29, 2 ədəd Su-25 döyüş təyyarəsi və 78 nəfərlik heyəti artıq Türkiyədədir.
“Qardaşlarımıza xoş gəldiniz deyirik”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimləri sentyabrın 6-dan 17-dək davam edəcək.