• 20 Aprel 2024
logo
İstanbulda iri terror aktının qarşısı alınıb

İstanbulda iri terror aktının qarşısı alınıb

İstanbulda Türkiyə kəşfiyyat xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iri terror aktının qarşısı alınıb.
Trend-in məlumatına görə, Fatih rayonunda Cümhuriyyət bayramı ilə bağlı keçirilən yürüş zamanı terror aktı planlaşdıran İŞİD terror təşkilatının 3 üzvü saxlanılıb.
Saxlananların vətəndaşlığı barədə məlumat verilməyib.
Bundan başqa, bu gün Bursa vilayətində də antiterror əməliyyatı keçirilib və 26 nəfər saxlanılıb. Onlardan 12-i Suriya vətəndaşıdır.