• 12 İyul 2025
logo
Səfir Türkiyənin ticarət nazirini Azərbaycanla iqtisadi əlaqələr barədə məlumatlandırıb

Səfir Türkiyənin ticarət nazirini Azərbaycanla iqtisadi əlaqələr barədə məlumatlandırıb

Ölkəsində səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ticarət naziri Mehmet Muşla görüşüb.
Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfir M. Muşu Türkiyə-Azərbaycan ikitərəfli iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti barədə məlumatlandırıb.