• 21 Yanvar 2022
logo
Urmu gölündə son durum açıqlandı: Suyun həcmi 1.96 milyard kubmetr azalıb

Urmu gölündə son durum açıqlandı: Suyun həcmi 1.96 milyard kubmetr azalıb

Urmu gölünün su həcmi azalmaqda davam edir. Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin məlumat verib.
Yasir Rəhbərdin avqustun 31-də mətbuata verdiyi açıqlamada bildirib ki, gölün su səviyyəsi hazırda 1270.74 metrdir. Ötən il bu 1271.34 metr olub. Ötən ilin eyni dövrünə nisbətən su səviyyəsi 60 sm azalıb.
O, hal-hazırda gölün sahəsinin 2237 kvm, bunun ötən ilin eyni dövründə 3607 kvm olduğuna diqqət çəkərək, bu müddət ərzində gölün sahəsinin 1334 kvm kiçildiyini bildirib.
Y. Rəhbərdin ötən il Urmu gölündə su həcminin 3 milyard 20 milyon kubmetr olduğunu deyib.
O, bunun ötən il 4 milyard 980 milyon kubmetr həcmində olduğunu və bir il ərzində bunun 1 milyard 960 milyon kubmetr azaldığını söyləyib.
Gunaz.tv