• 24 Yanvar 2022
logo
Türkiyə ilə Misir arasında növbəti siyasi məsləhətləşmələr aparılacaq

Türkiyə ilə Misir arasında növbəti siyasi məsləhətləşmələr aparılacaq

Türkiyə ilə Misir arasında növbəti siyasi məsləhətləşmələr aparılacaq.
Türkiyənin Xarici İşlər Nazirliyinin xəbərinə görə, bununla əlaqədar Misirin xarici işlər nazirinin müavini Həmdi Sanad Lozanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Danışıqlar sentyabrın 7-8-də olacaq.
Türkiyə tərəfdən heyətə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edəcək.
Qeyd edək ki, 2013-cü ildən bəri Türkiyə ilə Misir arasında ilk diplomatik danışıqlar bu il mayın 5-6-da Qahirədə keçirilib. Türkiyə XİN bu danışıqların səmimi şəraitdə keçdiyini bildirərək, əhəmiyyətli olduğunu qeyd edib.