• 13 İyul 2025
logo
Ceyhun Bayramov Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib

Ceyhun Bayramov Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib - FOTO 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni 30 Avqust – Zəfər bayramı münasibətilə təbrik edib.
C. Bayramov bu barədə “Twitter”də paylaşım edib.
“Qızıl hərflərlə türk tarixinə yazılan, Qazi Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyə Ordusunun yazdığı qəhrəmanlıq dastanı – 30 Avqust Zəfərinin 99-cu ildönümündə can və qan qardaşlarımızı təbrik edirik. 30 Avqust - Zəfər Bayramın Kutlu Olsun, Türkiyə! Bir Millət, İki Dövlət”, - deyə nazir qeyd edib.