• 20 Aprel 2024
logo
Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı - SƏBƏB?

Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı - SƏBƏB?

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.
Trend-in məlumatına görə, boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb.
Hərəkətin məhdudlaşdırılması bu gün yerli vaxtla səhər saat 9-dan həyata keçirilib. Boğazın nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmiçilik üçün iyulun 11-də eyni səbəbdən bağlanıb.