• 5 İyul 2025
logo
Türk F-16-ları Polşa səmasında belə süzdü

Türk F-16-ları Polşa səmasında belə süzdü - Video

Türkiyə F-16 qırıcıları Polşa Aviasiya bayramı münasibətilə bu ölkənin səmasında uçuşlarını davam etdirir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Polşa Müdafiə Nazirliyi Tvitter hesabında qırıcıların uçuşu ilə bağlı yeni video paylaşıb. Video qısa zaman ərzində izləyicilər tərəfindən bəyənilib. Qeyd edək ki, 4 ədəd türk F-16 qırıcısı gücləndirilmiş NATO hava polisi (BILOXO) missiyası çərçivəsində Polşanın Malbork şəhərindəki hərbi bazada sentyabrın sonuna kimi fəaliyyət göstərəcək.