• 2 İyul 2025
logo
Ərdoğan Monteneqroda: 250 milyon dollarlıq hədəf

Ərdoğan Monteneqroda: 250 milyon dollarlıq hədəf

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqroya səfər edib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, Ərdoğan səfər çərçivəsində Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşüb.
Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Birgə mətbuat konfransında çıxış Ərdoğan Türkiyənin Monteneqronun NATO-ya üzv kimi daxil olmasına güclü dəstək verdiyini bildirib:
“Bu ölkənin Avropa İttifaqına da üzv olmasının sülh və rifaha töhfə verəcəyinə səmimiyyətlə inanırıq. Türkiyə həmçinin Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Görüşdə ikitərəfli münasibətlərimizi daha da irəliyə aparmaqla bağlı razılıq əldə etdik. Türkiyə Monteneqroya sərmayə qoyan ilk 10 ölkə arasındadır. Qarşıda 250 milyon dollarlıq bir hədəf var”, - Ərdoğan deyib.