• 27 Yanvar 2022
logo
Təbrizdə vaksin çatışmır: Prorektor Səhiyyə Nazirliyini günahlandırdı

Təbrizdə vaksin çatışmır: Prorektor Səhiyyə Nazirliyini günahlandırdı

Təbrizdə vaksin qıtlığı yaranıb. Bu barədə Təbriz Tibb Elmləri Universitetinin prorektoru Abbasəli Dürüsti açıqlama verib.
O, avqustun 27-də Şərqi Azərbaycan əyalətinin "Səhnəd" televiziya kanalına verdiyi müsahibədə yenidən vaksin çatışmadığını deyib.
"Təəssüflə qeyd edib ki, Təbriz üçün ayrılan vaksin payı 2 gün içində bitir. Buna görə də həftənin qalan günləri əhaliyə koronavirusa qarşı vaksin vurmaq mümkün olmur"-deyə, o, bildirib.
A.Dürüsti problemin həllinin onlardan asılı olmadığını qeyd edərək əhalinin narazılığını haqlı sayıb.
"Yenidən vaksin göndəriləcəyi ilə bağlı vəd veriblər. Vədlərinə əməl etsələr yaxın günlərdə vaksinasiya prosesi yenidən başlayacaq"-deyə, prorektor çatışmazlıqla bağlı İran Səhiyyə Nazirliyini günahlandırıb.
O, bildirib ki, hazırda Şərqi Azərbaycanda koronovirusdan gündəlik ölüm sayı ortalama 25, xəstəxanaya yerləşdirilənlərin sayı isə 1800 nəfərdir.
Gunaz.tv