• 1 İyul 2025
logo
Urmu şəhərinin yeni bələdiyyə başçısı seçilib

Urmu şəhərinin yeni bələdiyyə başçısı seçilib

Hüseyn Mehdizadə Salmasi Urmu şəhərinin bələdiyyə başçısı seçilib. Bu barədə Urmu şəhər şurasının sözçüsü məlumat verib.
Urmunun şəhər şurası sözçüsü Tumac Vəhid Avşarın bildirdiyinə görə, bələdiyyə başçısını seçmək üçün şəhər şurası üzvləri arasında səsvermə keçirilib.
11 nəfərlik şəhər şurasının 7 üzvü Hüseyn Mehdizadə Salmasinin lehinə, 4 nəfər isə əleyhinə səs verib.
Hüseyn Mehdizadə şəhərsalma üzrə doktorluq dərəcəsinə malikdir. Bundan öncə Qərbi Azərbaycan əyalətinin valiliyində şəhər işləri üzrə baş direktor və Salmas şəhərinin bələdiyyə başçısı vəzifələrində çalışıb.
Qeyd edək ki, rəsmi statistikaya görə, Urmu şəhəri 11 min hektar əraziyə, 800 min nəfər cəmiyyətə malik olmaqla Qərbi Azərbaycan əyalətinin ən böyük şəhəri sayılır.
Gunaz.tv