Qərbi Azərbaycanda su böhranı: Korabulaq kəndinə 7 aydır su verilmir - VİDEO
Güney Azərbaycan əyalətlərində su böhranı davam edir.
Qərbi Azərbaycanın Şot şəhərinin Korabulaq kəndinə hələ də içməli su verilmir.
Güneydən verilən məlumata görə, Qərbi Azərbaycan vilayətinin Şot şəhərinin Korabulaq kəndində 7 aydan çoxdur ki, içməli su kəsilib.
Əhali səyyar tankerlər vasitəsilə su ilə təmin olunur.
Məlumatda bildirilir ki, hər üç gündən bir kəndə bir tanker su gətirilir.
Gunaz.tv