• 27 Yanvar 2022
logo
Ramin Bayramlı Türkiyədə "Turkovac” peyvəndinin 3-cü faza tədqiqatları ilə bağlı məsləhətləşmələr aparıb

Ramin Bayramlı Türkiyədə "Turkovac” peyvəndinin 3-cü faza tədqiqatları ilə bağlı məsləhətləşmələr aparıb

Türkiyədə səfərdə olan TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla görüşüb.
Görüş zamanı “Turkovac” peyvəndinin 3-cü faza tədqiqatları ilə bağlı məsləhətləşmələr aparılıb.
Bu barədə Erhan Akdoğan “Twitter”də paylaşım edib.
O qeyd edib ki, görüş zamanı sağlamlıq sahəsində elm və texnologiyalara dair işbirliyi də müzakirə edilib.