• 21 Yanvar 2022
logo
Ərdəbilin 3 tarixi binası özəl sektora verilib

Ərdəbilin 3 tarixi binası özəl sektora verilib

Ərdəbilin tarixi tikililəri özəl sektorun istifadəsinə verilib.
Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Baş direktoru Nadir Fəllahi məlumat verib.
Nadir Fəllahi deyib ki, Tarixi Abidələri Qoruma və Yenidən Qurma Palatasının təsdiqi ilə 3 tarixi bina özəl sektorun istifadəsinə verilib.
Özəl sektora verilən tarixi tikililər “Şəriət evi”, “Xadim başı” və “Asəf evi”dir.
N.Fəllahinin bildirdiyinə görə, adı çəkilən tikililərdə mədəniyyət, turizm və əl işləri fəaliyyətləri aparılacaq.
Qeyd edək ki, bundan öncə də Güney Azərbaycanın bir sıra bölgələrində yerləşən tarixi abidə və tikililər özəl sektora təhvil verilib.
Bu abidələrin qorunması və təmiri üçün büdcədən vəsait ayrılmadığı üçün onlar özəl şirkətlərə verilir və təmirdən sonra tikililərdən hotel, restoran və sair xidmət sektorunda istifadə olunur.
Gunaz.tv