• 19 Yanvar 2022
logo
Təbrizli musiqiçi yüksək mükafata layiq görülüb

Təbrizli musiqiçi yüksək mükafata layiq görülüb

Təbrizli gənc musiqiçi Rza Hüseyni Bəqanam musiqi sahəsində ölkənin ən yüksək mükafatına layiq görülüb.
İranın Mədəniyyət Nazirliyinin Şərqi Azərbaycan üzrə Baş idarəsi R.H.Bəqanama bir nömrəli incəsənət dərəcəsini təqdim edib.
1979-cu ildə Təbriz şəhərində anadan olan R.H.Bəqanam ingilis dili tərcüməçiliyi üzrə bakalavr təhsili alıb. İngilis ədəbiyyatı üzrə magistr və tərcüməşünaslıq üzrə fəlsəfə doktorudur.
Gənc musiqiçi Tehran İncəsənət Universitetində etnomusikologiya üzrə magistr dərəcəsinə malikdir.
O, ilk musiqi təlimlərinə Təbrizin tanınmış musuqi ustadı Mahmud Şatiriyanın yanında başlayıb və onun gənclər və yeniyetmələrdən ibarət orkestri ilə əməkdaşlıq edib.
Gənc musiqiçi yerli musiqi festivallarında seçilmiş musiqiçilərdən biri olub və Kirman şəhərində keçirilən İran Regional Musiqi Festivalının ikinci, Tehranda İran Tələbə Musiqi Festivalının birinci, Fəcr Musiqi Festivalında ikinci yeri tutmaqla yanaşı bir çox yerli və xarici konsertlərə qatılıb.
R.H.Bəqanam Tehran Radio və Televiziya musiqiləri istehsalında birinci yeri tutub.
Rza Hüseyni Bəqanam “Etnomusikologiya çox qısa giriş”, “Eyvanda tar çalıram” uşaq mahnıları toplusundan ibarət CD və “Etnomusikologiyada otuz üç müzakirə” əsərlərinin müəllifidir.
O, uşaq musiqisi sahəsində fəallardan biri, Musiqi Evinin Təbriz bölməsinin və Azərbaycan Musiqi İfaçıları Dərnəyinin üzvüdür.
Gunaz.tv