• 19 Yanvar 2022
logo
Mövlud Çavuşoğlu Ukraynada səfərdədir

Mövlud Çavuşoğlu Ukraynada səfərdədir - FOTO - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ukraynaya səfəri başlayıb
Bu barədə Mövlud Çavuşoğlu Twitter hesabında məlumat verib.
Səfərin məqsədi rəsmi Kiyevin təşəbbüsü ilə keçiriləcək ilk Krım Platforması zirvəsində iştirakdır.
12:33
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi rəsmi Kiyevin təşəbbüsü ilə keçiriləcək ilk Krım Platforması zirvəsində iştirakdır.
Qeyd edək ki, "Krım Platforması"nın yaradıldığını 2020-ci ilin sentyabrında Ukrayna Prezidenti Vladimir Zelenski elan edib. Kiyev forumun məqsədini "Krımın Ukraynaya qaytarılmasına yönələn beynəlxalq səyləri" əlaqələndirməkdə görür.