• 12 İyul 2025
logo
Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

Türkiyənin Muğla vilayətində Egey dənizinin Datça sahilində 4,2 bal gücündə zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 16:21-də qeydə alındığını bildirib.
Qeyd edək ki, Datçada keçən ayın sonlarından başlayaraq seysmik aktivlik artıb. Avqustun 1-də Datçada 5,5 bal gücündə zəlzələ baş verib.