• 6 İyul 2025
logo
Azərbaycanın tanınmış şairi Tehranda son mənzilə yola salındı

Azərbaycanın tanınmış şairi Tehranda son mənzilə yola salındı - FOTOLAR

Avqustun 21-də Güney Azərbaycanın tanınmış yazıçı və şairi Həsən Riyazi (İldırım) Tehran şəhərində son mənzilə yola salınıb.
Dəfn mərasimində yazıçının ailə üzvləri, yaxınları və qələm yoldaşları iştirak edib.
Mərasimdə şairin fotosu üzərində “Başın sağ olsun Azərbaycan” yazılmış afişalar qaldırılıb.
Qeyd edək ki, Həsən İldırım avqustun 19-da Tehran şəhərində özünün illərlə həkim kimi çalışdığı xəstəxanada koronovirus xəstəliyindən dünyasını dəyişib.
1958-ci ildə Sarab mahalının Camalabad kəndində dünyaya gələn Həsən Riyazi ilk və orta təhsilini Heris, Mehriban və Təbrizdə alıb. Sonra təhsilini Tehran Tibb Universitetində davam etdirib.
Ədəbi fəaliyyətə 1975-ci ildə başlayan Həsən Riyazi (İldırım) Tehranda türk dilində bir neçə ədəbi dərnəyin qurucusu olub.
Çoxsaylı şeir və ədəbi-ictimai məqalələrin müəllifi olan Həsən İldırım dünya ədəbiyyatının seçilmış nümunələrini də dilimizə tərcümə edib.
O, 2003-cü ildən türk və fars dillərində buraxılan “Azəri” ədəbi dərgisinin baş redaktoru olub.
Gunaz.tv