İran Qeydiyyat İdarəsinin verdiyi statistikaya görə, Qərbi Azərbaycan əyalətində hər 4 evlilikdən biri boşanma ilə nəticələnir.
Məlumatda Sistan və Bəluçistan, Cənubi Xorasan, İlam, Çahar Mahal və Bəxtiyari və Hormozqan əyalətlərində evlilik sayı boşanma sayına nisbətdə daha çox olduğu qeyd olunur.
Əlborz, Tehran, Mərkəzi, Mazəndəran və Gilan əyalətlərində isə boşanma sayının evlilik sayına görə daha çox olduğu göstəriir.
Qeydiyyat İdarəsinin məlumatında bəlli olur ki, Tehran, Əlborz və Mazəndəran əyalətlərində hər üç nikahdan biri boşanma ilə nəticələnir.
Ölkə üzrə boşanma saylarına görə, Tehran və Əlborz əyalətləri ilk yerdədirlər.
Gunaz.tv