• 22 Yanvar 2022
logo
Ərdoğan: ““Taliban”la danışıqlarımız olub, lazım gəlsə, yenə danışıqlar apara bilərik”

Ərdoğan: ““Taliban”la danışıqlarımız olub, lazım gəlsə, yenə danışıqlar apara bilərik”

“Biz Əfqanıstana bütün imkanlarımızla əlimizdən gələn köməyi göstərmişik və buna davam edirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
Türkiyə dövlət başçısı bildirib ki, hazırda Əfqanıstan təkbaşına buraxılıb.
Ərdoğan qeyd edib ki, Türkiyə bu məsələdə ABŞ-la danışıqlar aparıb.
“Eyni zamanda, “Talibanla” da danışıqlarımız olub, lazım gəlsə, yenə danışıqlar apara bilərik. Hazırda prosesləri yaxından izləyirik. NATO-nun bu istiqamətdə iclası olacaq, xarici işlər nazirimiz də iclasda iştirak edəcək”, - deyə o vurğulayıb.