• 12 İyul 2025
logo
Güney Azərbaycan üzrə koronavirus statistikası açıqlandı: Yoluxma yenə artdı

Güney Azərbaycan üzrə koronavirus statistikası açıqlandı: Yoluxma yenə artdı

Avqustun 19-da Güney Azərbaycan və İranda koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı açıqlanıb.
Son 24 saatda Həmədanda daha 934 nəfərdə koronavirus infeksiyası aşkar edilib. Onlardan 244 nəfər xəstəxanalarda yerləşdirilib. Həmədan Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tahirinin dediyinə görə, son sutkada daha 9 nəfər koronavirusdan dünyasını dəyişib.
Bu günə kimi Həmədanda koronavirusdan ölənlərin ümumi sayı 2486 nəfərdir.
Zəngan Tibb Elmləri Universitetinin rektoru Pərviz Qızılbaş son sutkada əyalətdə koronavirusdan 2 nəfərin öldüyünü deyib. Bu günə kimi əyalətdə 1561 nəfər koronavirusa yoluxduğu üçün dünyasını dəyişib.
Hazırda Zəngan xəstəxanalarında 561 COVİD-19 xəstəsi müalicə olunur.
Ərdəbil Əyalətinin Koronavirusa Qarşı Mübarizə Mərkəzinin verdiyi məlumata görə son 24 saatda Ərdəbildə 17 koronavirus xəstəsi vəfat edib.
Bununla da əyalətdə koronavirus xəstələrinin ümumi sayı 2040 nəfərə yüksəlib. Hal-hazırda Ərdəbil xəstəxanalarında 884 COVİD-19 xəstəsi yerləşdirilib.
Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə ötən sutka 840 nəfərin infeksiyaya yoluxduğunu, onlardan 350 nəfərin tibb məntəqələrində yerləşdirildiyini deyib. Onun bildirdiyinə görə, eyni müddətdə daha 17 koronavirus xəstəsi dünyasını dəyişib və koronavirus qurbanlarının sayı 5156 nəfərə çatıb.
Bu günə kimi Qərbi Azərbaycanda əhalinin 6%-ı, yəni 216286 nəfər COVİD-19-a yoluxub.
Qəzvinin Tibb Elmləri Universitetindən verilən məlumatda son 24 saatda əyalətdə 1203 nəfərin koronavirusa yoluxduğu, 235 nəfərin xəstəxanalara qəbul edildiyi və 9 nəfərin öldüyü qeyd olunub.
Bu günə kimi Qəzvində 2015 nəfər koronavirus infeksiyasına yoluxduğu üçün həyatını itirib.
Avqustun 19-da İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 564 nəfər koronavirus səbəbindən vəfat edib.
Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 100,255 nəfərə çatıb. Son 24 saatda 31266 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Bu günə qədər ümumi yoluxma sayı 4,587,683 nəfərə yüksəlib.
Gunaz.tv