• 6 İyul 2025
logo
Akar: “Əfqanıstanda Türkiyə hərbçilərinin təhlükəsizliyi üçün hər bir tədbir görülüb”

Akar: “Əfqanıstanda Türkiyə hərbçilərinin təhlükəsizliyi üçün hər bir tədbir görülüb”

“Həmid Kərzai adına Beynəlxalq Hava Limanında hər hansı bir təhlükə müzakirə mövzusu deyil, hərbçilərimizin təhlükəsizliyi üçün hər bir tədbir görülüb”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda keçirilən “İDEF-2021” 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Kabil hava limanının fəaliyyət göstərməsi üçün Türkiyə tərəfindən cəhdlər davam etdirilir.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən son iki gündə 64 uçuş təhlükəsiz şəkildə təmin edilib.
“Biz 2002-ci ildən etibarən əfqan qardaşlarımızın yanındayıq. NATO o vaxt da müzakirə aparır, “Nə zaman çıxacaqsınız?” deyirdilər. Biz də hər dəfə dedik ki, əfqan qardaşlarımız istədiyi müddətdə burda qalmağa davam edəcəyik. Hazırkı hadisələri diqqətlə izləyirik”.