Tanınmış güneyli şair Duman Ərdəmin yeni şeirlər kitabı çapdan çıxıb.
72 səhifəlik kitabda şairin son illərdə yazdığı türkcə şeirlər toplanıb. Şairin beşinci şeir kitabı olan “Şahnaz” şeirlər toplusu "Kirpi" nəşriyyatında çap edilib.
“Ban” dərgisinin baş yazarı olan Duman Ərdəmin bundan öncə “Öp ölümünü”, “Kola qutusunda it ölüsü”, “Sonuncu sufi” və “Əlifnamə” kitabları nəşr olunub.
Duman Ərdəm eyni halda tərcüməçilik işi ilədə məşğul olur. O, dünya şöhrətli “Əli və Nino” əsərini latın əlifbasından ərəb əlifbasına köçürərək ilk dəfə olaraq İranda nəşr etdirib.
Gunaz.tv