• 20 Yanvar 2022
logo
Şərqi Azərbaycan əhalisi sürətlə qocalır: Əyalət ölkədə beşinci yerdədir

Şərqi Azərbaycan əhalisi sürətlə qocalır: Əyalət ölkədə beşinci yerdədir

Şərqi Azərbaycan ölkə üzrə yaşlı əhali sayına görə beşinci yeri tutur. Bu barədə Şərqi Azərbaycan əyalətinin Rifah və Reabilitasiya İdarəsinin başçısı Fərgül Səhhaf məlumat verib.
“Buna baxmayaraq övladlar öz valideynlərini qocalar evinə yerləşdirməkdən imtina edir və özləri onların qayğısına qalır”-deyə, F.Səhhaf bildirib.
Fərgül Səhhafın sözlərinə görə, başçılıq etdiyi idarə 180 növ fəaliyyətlə 75.000 şəxsə xidmət göstərir. Həmçinin 1.132 tələbə və 7317 şagird bu idarə ilə əməkdaşlıq edir və müəyyən yardımlar alırlar.
Qeyd edək ki, Şərqi Azərbaycanın Rifah və Reabilitasiya İdarəsinin dövlət qurumudur. Lakin bir sıra sahələrdə olduğu kimi son illər dövlət bu quruma da vəsait ayırmır.
İdarə daha çox yerli xeyriyyəçilərin ianələri və yardımları ilə fəaliyyətini davam etdirir.
Gunaz.tv