• 19 Yanvar 2022
logo
Qaşqay mədəni fəal Əsgər Əmirzadeqan azadlığa çıxdı

Qaşqay mədəni fəal Əsgər Əmirzadeqan azadlığa çıxdı

Qaşqay türkləridən olan mədəni fəal Əsgər Əmirzadeqan girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Milli fəal Fars əyalətinin Firuzabad şəhərində həbsdə saxlanılırdı.
Qeyd edək ki, milli fəal iyulun 27-də Firuzabad şəhərinin Dövlət və İnqilab Məhkəməsinin 2-ci bölməsinə müraciət etdikdən sonra saxlanılmışdı.
Qaşqayların müstəqil xəbər portalı olan "Baydaq” xəbər verir ki, Əsgər Əmirzadeqan bundan öncə qaşqayların hüquqları, sinfi və mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurları tərəfindən dəfələrlə saxlanılıb və işkəncələrə məruz qalıb.
O, 2019-cu ildə “ölkə rəsmilərini təhqir etmək” ittihamı ilə 6 ay, “hökumətə qarşı təbliğat” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum olunmuşdu.
Gunaz.tv