10:01
İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, PKK-ya qarşı keçirilən “Pəncə-İldırım” antiterror əməliyyatı zamanı ağır yaralanan türk hərbçi şəhid olub.
***
İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin daha 3 hərbi qulluqçusu şəhid olub.
Məlumata görə, "Pəncə İldırım" əməliyyat bölgəsində kustar üsulla düzəldilmiş maddənin partlaması nəticəsində 3 türk hərbçi şəhid olub, 2-si isə yaralanıb.
Bölgədə antiterror əməliyyatları davam etdirilir.