• 21 Yanvar 2022
logo
Təbrizli fəal Əmir Səttari Rauf girov qarşılığında azadlığa buraxılıb

Təbrizli fəal Əmir Səttari Rauf girov qarşılığında azadlığa buraxılıb

O, girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Təbrizli milli fəal Əmir Səttari Rauf bu gün 15 avqust tarixində 60 milyon tümənlik girov qarşılığında keçici olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Səttari 22 iyul tarixində evindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq “ETTELAAT”ın təcridxanasına aparılmış, dindirildikdən sonra 11 abqustda Təbrizin Mərkəzi Zindanına köçürülmüşdür.
Əmir Səttari Rauf bundan öncə 1 yanvar 2018 ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq barəsində “milli təhlükəsizliyə qarşı toplaşmaq” və “rəhbəri təhqir” etmək ittihamları ilə cinayət işi açılıb.
Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Əl-Əhvaz(Xuzistan) etirazçılarına dəstək aksiyası keçirlib. Aksiyadan öncə, aksiya günü və aksiyadan sonrakı günlərdə onlarla milli-mədəni fəal həbs olunub.
Saxlanılanlardan bir neçəsi dindirildikdən günlər sonra girov qarşılığında azadlığa buraxılsalarda bir çoxu hələdə təhlükəsizlik idarəsinin təcridxanasında və həbsxanada saxlanılır.
Gunaz.tv