• 24 Yanvar 2022
logo
Türkiyədə sel qurbanlarının sayı 62 nəfərə çatıb

Türkiyədə sel qurbanlarının sayı 62 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 62 nəfərə çatıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.
Bildirilib ki, avqustun 11-dən baş verən sel fəlakəti nəticəsində Kastamonuda 52, Sinopta 9, Bartında isə bir nəfər həyatını itirib.
Sel fəlakətində itkin düşən 77 nəfərin axtarışları davam etdirilir.
15:36
Kasatamonuda sel fəlakətində ölən daha bir nəfərin cəsədi aşkarlanıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bununla da Kastamonuda 49, Sinopta 9, Bartında isə bir nəfər olmaqla ümumilikdə 59 nəfər sel fəlakətinin qurbanı olub.
AFAD-dan sel fəlakəti nəticəsində xəsarət alan 8 yaralının xəstəxana şəraitində müalicə olunduğu bildirilib.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu fəlakət nəticəsində Kastamonuda 62, Sinopda 15 olmaqla, ümumilikdə 77 nəfərin itkin düşdüyünü bildirmişdi.
Avqustun 11-də yağıntının miqdarının normadan artıq düşməsi (bəzi ərazilərdə bir kvadratmetrə 360 kiloqram) nəticəsində Kastamonunun Bozkurt rayonunda Ezine çayının dənizə töküldüyü Abana sahilində sel suları sunami effekti yaradıb. Eləcə də Sinopda Ayançık çayının daşması sel, sürüşmə və sunami effekti yaratmasına səbəb olub. Bartında isə fasiləsiz yağışlar Bartın-Karabürk yolunun çökməsinə, Ulus rayonunda dağıntılara səbəb olub.
Bəzi kəndlər tamamilə yararsız vəziyyətə düşüb, yüzlərlə evdən elektrik enerjisi kəsilib, körpülər uçub, bəzi ərazilərdə sürüşmə və sel suları yaşayış yerlərini dağıntıya məruz qoyaraq tamamilə yerlə bir edib Qaradənizə sürüklədiyi üçün dənizin qərb sahilləri qəhvə rəngi alıb.
Qaradənizin şərqində də iyulun 26-dan yağıntının normadan artıq düşməsi sel suları Rize və Artvinin bəzi rayonlarında hazırda sürüşmələri artırıb.
AFAD və digər aidiyyəti qurumların Türkiyənin şimalında xilasetmə tədbirləri davam edir.