Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən təyyarə qəzaya uğrayıb.
Hadisə yerinə xilasetmə qrupu cəlb edilib. Təyyarə qəzasının səbəbi və pilotun aqibəti hələlik məlum deyil. Təyyarədə 7 nəfərin olduğu deyilir.
Xatırladaq ki, sözügedən təyyarəni Türkiyə Rusiyadan icarəyə götürüb.